Facebook sosial şəbəkəsində qrup iştirakçılarının istifadə edə biləcəyi fayl mübadiləsi funksiyası işə salınıb. Yüklənən bir faylın maksimal ölçüsü 25 meqabaytla məhdudlaşır. 


Qrup istifadəçiləri sənəd, fotoşəkil, qısa video çarx və digər kontenti mübadilə edə biləcəklər. Zərərli proqramların və müəllif hüququ sahibləri tərəfindən şikayətlərin olmaması üçün Facebook musiqi və .exe genişlənməli faylları yükləməyi qadağan edib.


Facebook-un qruplarından 380 milyondan çox insan istifadə edir. Yeni funksiyadan hələlik yalnız məhdud saylı qruplar yararlana bilər.


Fayl mübadiləsi funksiyası ilk dəfə Facebook-un kollec və universitet tələbələri üçün qapalı qruplarında yaradılıb. Qruplara yalnız .edu poçt ünvanına malik istifadəçilər daxil ola bilərlər, Vesti yazır.  


Yeni funksiyanın sosial şəbəkə tərəfindən 2011-ci ilin oktyabrında alınan drop.io fayl mübadiləsi texnologiyasına əsaslanması güman edilir. Adobe Connect və ya Dropbox fayl mübadiləsi servislərindən fərqli olaraq burada qeydiyyat tələb olunmurdu. İstifadəçilərin faylı yükləyərək keçid əldə etməsi və onu dostları ilə bölüşməsi kifayət edirdi.