Fransa prezidenti Francois Hollande "UberPOP" xidmətinə qarşı taksi sürücülərinin nümayişini qınayıb və belə nümayişlərin qəbuledilməz olduğunu bildirib. Hollande qeyd edib ki, "Biz qanunlara əsasən yaşayırıq və dövlət yalnız məhkəmənin qərarı ilə avtomobili həbs edə bilər". Fransa taksi sürücüləri "Uber"ə qarşı iri miqyaslı etirazlar keçirir. Onların narazı olduğu məqam isə ondan ibarətdir ki, Uber sürücüləri adi taksidən fərqli olaraq aşağı tariflərdən istifadə edir. İyun ayının 25-də onlar Paris hava limanına və həmçinin şəhərin şimal vağzalına girişi məhdudlaşdırdılar.



Etirazçı taksi sürücüləri Fransanın digər şəhərlərinə o cümlədən Marseilles və Aix-en-Provence gəlib. Onlar cümə axşamı Roissy - Charles de Gaulle hava limanında məşhur amerikalı rok ifaçısı Courtney Loveın maşınına hücum ediblər. Bu barədə məşhur ifaçı özünün Twitter ünvanında elan edib. 2014-cü ilin Dekabr ayında parisin Arbitraj məhkəməsi kifayət qədər qanuni əsaslar tapmadığı üçün Fransada Uberin işinə məhdudiyyət qoymadı. Bundan sonra isə Fransa daxili İşlər Nazirliyi qanunun qüvvəyə mindiyi ildən bəri 1 Yanvardan etibarən xidmətin qadağan olunduöunu elan edib. Hal – hazırda Uber məhkəmədə xidmətə qarşı olan bu qanuna etirazını bildirir. Gücün qanuna minməsinə baxmayaraq Uber sürücüləri işlərini davam etdirir.