"Leo Burnet London" Mc Donald’s üçün hazırladığı yeni reklam kampaniyasına aid "Good Times" reklam çarxını yayımladı. Reklam çarxında gənc bir qadınla kişinin ilk görüşü canlandırılıb. Daha sonra "Mc Donald’s"a sifariş vermək üçün girən cütlüyün eyni şeyləri sifariş etməsiylə "Lonely Heart" mesajı hədəf kütləyə verilir. Reklamın kreatif direktorluğu Matt Lee və Pete Heyesə aiddir.