"BMW Grup"un sevilən avtomobil markası "MINI" yenidən markalaşma strategiyası istiqamətində loqosunu yenilədi. MINI yenidən markalaşma strategiyası ilə birlikdə birinci sinif məhsullarını tanıtmağa hazırlaşdığı bu sıralarda, onu sevənlərin qarşısında yeni loqosu ilə çıxdı.



Marka üç ölçülü logosundan imtina edərək iki ölçülü "flat" bir dizaynı seçim edib. "Mini" bu dəyişiklik ilə öz dəyərini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. MINI bu dəyişikliyi "2001-ci ildən bəri marka şəxsiyyəti mövzusunda ən əhəmiyyətli addım" olaraq qiymətləndirərkən, önümüzdəki müddətdə istehlakçıları arasındakı ünsiyyəti də gücləndirməyi hədəflədiyini açıqlayıb. Bu istiqamətdə MINI hədəf kütləsi üçün xüsusi seçilmiş bir neçə informasiya kanalında işlər edəcək.