Dünyanın ən tanınmış pivə markalarından olan "Heineken" yaradıcı reklam işləri üçün "Publicis Worldwide" ilə razılaşdı. Heineken, iki həftə əvvəl qlobal reklam agentliyi "Wieden & Kennedy" ilə işi dayandırmışdı. Marka, bu ayın əvvəlindən etibarən qlobal reklam agentliyi olaraq Publicis Worldwide ilə əməkdaşlıq qərarı aldı. Daha əvvəl Fransa və İtaliya kimi bazarlarda markaya xidmət edən Publicis Worldwide, bundan sonra markanın bütün qlobal reklam işlərindən məsul olacaq.



Heinekenin reklam direktoru Jan Derck van Karnebeek, Publicis ilə əlaqələrindən məmnun olduqlarını bildirib. Karnebeek bundan əlavə Publicisin tutarlı bir şəkildə markanın strateji istiqamətini gücləndirəcək bir anlayışa sahib olduğunu və güclü yaradıcı fikirlər ilə yenilikçi yanaşmasının özlərini cəlb etdiyini ifadə edib. Yerli bazarda bir çox reklam agentliyi ilə çalışan və müvəffəqiyyətli layihələri ilə diqqət çəkən Heineken, bu yanaşmasını davam etdirəcəyini açıqlayıb.