İş dünyasının ən məşhur ictimai şəbəkəsi olan LinkedIn, SlideShare-i 119 milyon dollarlıq bir əvəz qarşılığında satın aldığını ictimaiyyətə eşitdirdi. 119 milyon dolların 45%′i nəğd, qalan qisimi isə LinkedIn hissəsi olaraq ödənəcək. SlideShare, istifadəçilərinə sənədlərini internetə yüklədikdən sonra digər online platformalara yerləşdirmək imkanını təmin edir.


Professional bir iş şəbəkəsi olan LinkedInin hədəf kütləsindəki istifadəçilər ümumiyyətlə SlideSharedəki iş və təhsil mərkəzli prezentasiyalardan faydalanır, eyni şəkildə SlideSharedə prezentasiyalarını paylaşanlar və prezentasiyalara baxan kəslər ümumiyyətlə iş və təhsil mərkəzləridir.


SlideShare-in CEOsu mütəxəssisləri paylaşdıqları prezentasiyaları bir-birinə bağladıqlarını dilə gətirərkən, LinkedIn ilə birlikdə SlideShare-nin nələr edə biləcəyi mövzusunda həyəcanını açıqladı.


LinkedIn CEO-su Jeff Weiner  şərhində,prezentasiyaların iş dünyasındakı yerinin çox əhəmiyyətli vəziyyətə gəldiyini və LinkedIn olaraq istifadəçilərinə daha çox dəyər daşıma istiqamətində köməkçi olmaq adına etdikləri bu işdən çox məmnun olduqlarını dilə gətirdi.


Rashmi Sinha, Conatan Boutelle və Amit Randjan SlideShare-in baniləri üçün əla nəticədir. Bu Venrock üçün çox yaxşı çıxış idi, belə ki, şirkətdə əsas investor idi və bu onun 15-ci qayıdışı idi.