"Ogilvy & Mather Cape Town" agentliyi müştərisi "KFC"dən gələn "mağaza içi qeyri-adi layihə" tələbinə olduqca yaradıcı bir nəticə təqdim etdi. Aparılan araşdırmalardan məlum olub ki, musiqi markanın müştəri kütləsinin həyatında əhəmiyyətli bir yer tutur.



Bunun nəticəsinə agentlik, markanın restoranları üçün dijital bir masa hazırladı. Sümüklər üzərindən səs ötürülməsi texnologiyasının istifadə olunduğu masalara ölkənin hələ kəşf edilməmiş yerli sənətçilərinin əsərləri yükləndi. İstifadəçilərin bu mahnıları dinləmək üçün dirsəklərini masalarda işarəli sahələrə dayamaqları və əllərini qulaqlarına aparmaqları yetərlidir.