"Volkswagen"in "Golf" modelinin idman ruhlu versiyası "R" üçün "ABŞ"da yayımladığı yeni kampaniya, motor səsi aşiqlərinə xəyallarındakı sürüşü virtual olaraq canlandırmaq şansı təqdim etdi. Sürət tutqunlarını hədəfləyən avtomobil üçün həyata keçirilən kampaniyanın reklam çarxında beatbox performanslarıyla tanınan "ABŞ"lı aktyor və komediyaçı Michael Winslow rol alıb.



İstifadəçilər, kampaniya üçün hazırlanan saytı açıb kompüterlərinin qarşısına keçərək, kamera və mikrofonları ilə xəyallarındakı sürüşü çıxardıqları motor səsi və hərəkətləri ilə canlandırır. Saytda qeyd olunan bu videolar daha sonra, gerçək bir "Golf R" sürüşü zamanı çəkilən görüntülər zamanı istifadəçinin səs izindən yola çıxaraq istifadə olunur və istifadəçinin xəyalındakı sürücülük tərzi yaradılmış olur.