"Lexus" keçdiyimiz İyun ayında 18 aydır üzərində çalışdığı uçan skeytbord layihəsi Hoverboard Slide ilə əlaqədar məhdud məlumatları bölüşmüşdü. Yayımlanan videolar və məlumatlar istifadəçilər arasında olduqca həyəcan yaratmışdı.
Şirkət Avqust ayının 5-də məhsulu rəsmi olaraq tanıdacağını və ətraflı məlumatlar paylaşacağını bildirib. 2015-ci ildə satışa təqdim edilməsi gözlənilən "Slide"ın 21 Oktyabrdan əvvəl satışa təqdim olunub – olunmayacağı isə hələ dəqiq deyil. Bunun tam tərsi olaraq məhsulun satışının daha da irəliyə çəkilməsi də ehtimallar arasındadır. "Lexus Slide" maye azot soyutmalı super keçiricilər və sabit maqnitlər ilə çalışacaq.