İlk "Angry Birds" oyununun yayımlanmasından sonra 6 il ərzində 14 fərqli Angry Birds versiyası yayımlansa da, heç birini orijinal oyunun davamı olmağa layiq görməyən Rovio, keçdiyimiz həftələrdə "Angry Birds 2"ni təqdim etdi. Yeni oyunun başlanması üçün "Wieden + Kennedy London" qrupu ilə çalışan marka, ilk reklam filmini də yayımladı.
Prodüser Riff Raffın və François Rousseletin idarə etdiyi film Bahamada, "Big Major Cay"da çəkilmişdir. "Üzən donuzların evi" olaraq da bilinən "Big Major Cay"dakı çəkilişlərin rejissorluğu Martin Ruhea məxsusdur. "W + K" kampaniya üçün bir də "Instagramın zəngin uşaqları" (Rich Kids of Instagram) hesabından ilhamlanaraq "Instagramın özünü bəyənmiş donuzları" (Smug Pigs of Instagram) adlı bir hesab açdı. Marka bu yeni hesabla sosial mediada oyunçu qazanmağı hədəfləyir.