Kantar Worldpanel analitik şirkətinin məlumatına görə, Windows Phone əməliyyat sisteminin payı il ərzində ölkədən asılı olaraq azı 2 faizdən 3-6 faizədək artıb. Daha çox artım Almaniyada (6 faiz) müşahidə olunur. Böyük Britaniya, ABŞ Fransada WP aparatlarının payı 3-4 faizə çatıb. Ekspertlər müsbət dinamikanın olduğunun qeyd etsələr də, həmin aparatların populyarlığı Android qurğuları ilə müqayisə edilə bilməz.


Android əməliyyat sisteminin payı İspaniyada 72 faiz, Almaniyada 62 faiz, İtaliyada 49 faiz təşkil edib. iPhone 4S smartfon modelinin şöhrəti Apple şirkətinə mobil əməliyyat sisteminin ABŞ və Böyük Britaniyada yayılmasına görə ikinci yerdə möhkəmlənməyə kömək edib, lakin kontinental Avropa ərazisində onun populyarlığında azalma tendensiyasına meyllilik var, Onliner yazır.
Kantar Worldpanel-in məlumatına əsasən, Kanadanın Research in Motion şirkəti daha çox itkilərə məruz qalıb. Onun 2011-ci ilin aprelində bazarda qeydə alınan 9 faizlik payı 2012-ci ilin müvafiq dövründə 3 faizədək azalıb.