"Honda" "M-Beat"a aid 90-cı illərin hit mahnısı olan "Incredible" ilə yeni reklam çarxı təqdim etdi. Marka, bazara yeni təqdim edəcəyi "HR-V" modelini tanıtmaq üçün nümayiş etdirdiyi reklam çarxında avtomobilin və rəqqasların birgə uyumunu əks etdirir. Reklam çarxındakı xoreoqrafiya və avtomobilin uyumu "Honda"nın dizayn və mühəndislik uyumuna istinad edir. Reklam çarxının sonunda isə marka "tam, mükəmməl və məmnuniyyət verici" şüarıyla hədəf kütləyə mesajını çatdırır. Rəqs səhnələrinin çəkilişləri üçün Yapon intizamını nümunə alaraq çalışan rəqqasların hazırlıq mərhələsi 6 həftə davam edib.