Daimler şirkəti, "Highway Pilot" adını verdiyi və yük maşınlarının uzun yollarda öz - özünü idarə edə bilməsini təmin edən texnologiyanı tanıtdı və Almaniyadakı yollarda test etməyə başladı. "Mercedes-Benz Actros" model bir yük maşını, Almaniyanın cənubunda olan bir şossedə ilk dəfə yola çıxaraq, uzun yollarda dövrəyə girən və "avtomatik pilot" olaraq təyin oluna biləcək sistemi tanıtdı.
Gələcəkdə yük maşını və ya avtobusların da eynilə təyyarələrdə olduğu kimi avto pilot rejiminə sahib olması gözlənilir. Alman avtomobil nəhəngi olan Daimler, daha öncə "ABŞ"da lazımlı icazələri alaraq "Mercedes-Benz"in sürücüsüz avtomobil testlərinə başlamışdı. Test mərhələsinə ana vətəni Almaniyanı da əlavə edən şirkət hal-hazırda 20 min kilometri qət etmiş bir test mərhələsini keçmiş vəziyyətdədir.