Google, 6 ildir üzərində çalışdığı və inkişaf prosesi davam edən prototip vasitəsinin jurnalistlər üçün təqdimatını keçirdib. Avtomobil "sürücüsüz avtomobil layihəsi" çərçivəsində istehsal edilib. Sürücüsüz avtomobil layihəsinə dair Silikon Vadisi laboratoriyasına dəvət etdiyi jurnalistlərin suallarını cavablandıran Google səlahiyyətliləri, sonra jurnalistləri prototip vasitə ilə sürüşə çıxardıb. Xarici görünüşü "Koala"ya bənzəyən kiçik və sevimli avtomobilin, daxili dizaynında sadəlik diqqəti çəkir.
"Google"un rəsmi şəxsləri, gələcəyin avtomobili olmağa iddia edən vasitənin olduqca bəsit materiallarla hazırlanmış daxili dizaynının yekun istehsalda dəyişəcəyini bildiriblər. Vasitə, adi avtomobillərdən fərqli olaraq sükan və pedalların olduğu hissədə kiçik bir ekrana malikdir. Ekranda yanıb sönən "Getməyə başlayaq" şüarı sürücünü qarşılayır. Qara düymə basıldıqda işə düşən avtomobil 3-dən geriyə sayaraq hərəkətə keçir. Sürüş əsnasında maşının sensor vasitəsilə qavradığı görüntülər ekranda əks olunur. Roush Engineering tərəfindən "Livonia"da istehsal olunan vasitə hələlik saatda maksimum 40 kilometr sürətlə gedir. Avtomobil sualtı gəmi və təyyarələrdə olan giroskop (cayroskop) və sürət ölçənlər ilə təchiz olunmuşdur. Avtomobildə geniş GPS sistemi ilə bərabər, kamera və sensorlar ilə ətrafını "görən" vasitə, bütün istiqamətlərdə 183 metrəyə qədər sahəni 360 dərəcə görüş bucağı ilə yoxlaya bilir. Bu da bir insan ilə müqayisədə daha sürətli olaraq, maşının təhlükəni fərq etməsini təmin edir. Sürücüsüz avtomobil nəqliyyatda təcili tibbi yardım maşınını, yük maşınını, avtomobili, velosipedi və piyadaları tanıya bilir.