“Intel” şirkəti ilk dəfə olaraq Ivy Bridge (məkan oriyentasiyalı tranzistorlarda az tələbatlı dördnüvəli E3 çipləri) mikroarxitekturasına əsaslanan yeni server prossesorunu elan edib. “Xeon” adlı prosessorlar bir neçə komponentdən, məsələn, yaddaş və qidalandırma blokundan birgə istifadə edən yüksək sıxlıqlı sistemlərdir və əsasən “bulud məsələləri”, həmçinin sayt xidmətləri üçün nəzərdə tutulub.

Bildirilir ki, mikroserverlər Intel üçün olduqca vacib bazar seqmentidir. “Computerworld” jurnalının məlumatına görə, bu il şirkət mikroserverlər üçün Atom konstruksiyası əsasında Centerton adı altında prosessor təqdim etməyi planlaşdırır ki, həmin qurğu cəmi 6 Vattla işləyəcək.