Alman avtomobil istehsalçısı BMW yüksək texnologiya ilə təchiz etdiyi yeni "BMW 7" model avtomobilini hələ bazara belə təqdim etməzkən özəl avtomobil icarə xidməti Uber ilə tanıtdı. Yenilikləri olduqca çox sevən və tez-tez bu tərz marketinq kampaniyaları edən Uber ilə istifadəçilər BMW 7 model avtomobillərini çağıraraq, bu avtomobil içərisindəki təcrübəni hər kəsdən əvvəl yaşamış oldu.



Uzaqdan idarəetmə park xüsusiyyəti kimi bir çox texnoloji yeniliyi özündə birləşdirən BMW 7 avtomobili, Uber istifadəçiləri tərəfindən pulsuz olaraq çağrıla biləcək. New York, Miami, Los Angeles ve Chicagoda müəyyən saatlar arasında açıq olacaq kampaniyada Uber tətbiqindən çağırılacaq 2016 model BMW 7 model avtomobillər, olduqca lüks bir Uber təcrübəsi yaşadacaq. BMW 7 avtomobilinin təqdimatı ərəfəsində istifadəçilərə təqdim olunan belə bir yenilik "BMW 7"ni istifadəçilərə göstərmək baxımından olduqca dəyərli bir marketinq kampaniyası olacaq.