Avstraliya fast food şəbəkəsi toyuğa Twitter accountunu idarə etməyə icazə verib. "Chichken Treat"in twitterdəki səhifəsi hazırda Betti tərəfindən idarə edilir. Kampaniyanın məqsədi yalnız virus marketinqdən istifadə deyil, həm də Ginnesin rekordlarına keçməkdir. Toyuq 30 Oktyabra qədər 5 hərfli söz yazsa Ginnesin rekordlar kitabına düşəcək.



Kampaniya yalnız yazılı deyil, həmçinin youtube videolar və Bettinin qaldığı yerdə gündəlik Periscope ilə turlardan ibarətdir. Marketforce kreativçiləri brendin sosial şəbəkələrdəki izləyici sayını artırmaq istəyirdi. İlk günlərdən gözlənilən nəticə əldə edildi. "KİV"də kampaniya paylaşıldı, twitter izləyicilərinin sayı 700-dən 21000-dək yüksəldi.