12 Noyabr 2015 Nyu York: Dünyanın ən yaxşı maliyyə reklamları üçün Midas Mükafatları 2015-ci ilin qısa siyahısını açıqladı. "Midas mükafatları maliyyə marketinqində və reklamlarında mükəmməlliyi təyin edən global səviyyədə yeganə mükafatdır", - deyə Midas Mükafatlarının icarçı direktoru Alisun Armstrong qeyd edib. "Bu il daxil olan işlərin sayındakı 23%-lik artım, Midas Mükafatlarının uğuru bunu göstərir ki, həm agentliklər, həm də brendlər maliyyə reklamları, niş sahəsində yaradıcı mükəmməliyin nümayişi və təyin olunmasının vacibliyini anlayırlar".
Maliyyə və yaradıcı marketinq sahəsindən olan beynəlxalq icarçıların toplaşdığı "Midas Mükafatları" Baş Jürisi 21 ölkədən daxil olunmuş 258 işin qısa siyahısını hazırlayıb. Bu il "Midas Mükafatları" Effektivlik kateqoriyasının debütünü qeyd etmək olar. Bu yeni bölmə istehlakçıları cəlb etmək və bazar payını artırmaq üçün istifadə edilən yaradıcı cəhdlərin nəticələrini nümayiş etdirir. Effektivlik kateqoriyasında növbəti mərhələyə keçən işlərə daxildir: BƏƏ FP7/DXB (McCann World groupun hissəsi) Dubay 4 "Perspectives" "The Beautiful" and "When You Are Gone....." Emirates NBD üçün və "Don't Treat Yourself to Antibiotics" Milli Səhiyyə Sığorta kampaniyası üçün hazırladıqları işlərlə iştirk edir. Kanada agentliklərinin 3 işi qısa siyahıya düşüb: BBDO Torontonun VİSA payWave üçün hazırladığı "Fastest Face-Offs", Diamond Integrated Marketing Torontonun TD Bank Group üçün hazırladığı "#TDThanksYou2015" və MacLaren McCann Torontonun MasterCard üçün hazırladığı "Priceless Surprises" işi. Agentliklər tədbirləri brendləri dəstəkləmək və istehlakçı cəlb olunmasını inkişaf etdirmək üçün istfadə edib. Tədbirlər kateqoriyasında bu il çox güclü 16 iş mübarizə aparır. Sosial Media kampaniyaları kateqoriyasında 12 iş öz aralarında mübarizə aparır.
Birləşmiş Ştatlar bu il 111 iş ilə qısa siyahıda ən çox işlə təmsil olunan ölkədir. "CAR"ın agentliklərinin 46, Kanadanın agentliklərinin 34 işi qısa siyahıya düşüb. Bundan əlavə BƏƏ 19, Birləşmiş Krallıq 9, Avstraliya 8, Norveç və Tayland 5, Rusiya və Türkiyə 4, Almaniya və İsveç 3, Fransa və Rumıniya hər biri 2 və Kamboca, Sloveniya, Çin hərəyə 1 işlə qısa siyahıda təmsil olunur. Bu ilin "Reklam Çarxı" nominasiyasında aşağıdakı agentliklər yarışda iştirak edir: McCann XBC Nyu York, ABŞ 30 güclü iş ilə qısaldılmış siyahıya düşüb, The Jupiter Drawing Room, Johannesburq, CAR 22 iş ilə yarışmada təmsil olunur, FP7/DXB (McCann World groupun hissəsi) Dubay, BƏƏ 19, Publicis NA Nyu York, ABŞ 16, King James Keyptaun, CAR və RG/A Nyu York, ABŞ hər biri 13 və BBDO Toronto, Kanada 11 işlə qısaldılmış siyahıya düşüb. 2015-ci ilin 2-ci raunda keçmiş işləri baş mükafat uğrunda mübarizə aparacaqdır. Midas Ba. Jürisi ən yüksək nəticə əldə etmiş işləri qızıl və gümüş İngotlarla mükafatlandıracaq. Sonda ən çox bal toplayan iş Midas İnnovasiya mükafatını və Grand Midas Mükafatını əldə edəcəkdir. "Midas Mükafatları"nın qalibləri 1 Dekabr 2015-ci ildə açıqlanacaq.
2015-ci il Midas Mükafatlarının qısaldılmış siyahıya düşən işlər ilə tanış olmaq üçün:
http://www.midasawards.com/pdf/2015_Midas_shortlist_2.pdf
Mətbuat məsələləri üçün Gayle Mandel ilə əlaqə saxlayın:
gmandel@internationalawardsgroup.com, 1 212 643 4800
Midas Mükafatları "New York Festivals"a aiddir.