12-13 Noyabrda Moskva məktəbində liderlik, motivasiya və insanların idarə edilməsi haqqında üçüncü ReForum "Winning The Hearts 2015" Biznes Forumu keçirildi. 2 gün davam edən reforumda ilhamlandırıcı çıxışlar, Rusiyanın və beynəlxalq şirkətlərin aparıcı rəhbərləri tərəfindən uğurlu keyslər, debatlar və Q&A sessiya, interaktiv təcrübə və hətta bir qrup meditasiyası baştutdu. ReForumun ilk günü rəhbərlərin şəxsi liderliyinin suallarına həsr olundu.
Spikerlər lider ilə müdirin arasındakı fərqin nə olduğuna və şirkətlərdə insanları idarə edənlərin hansı missiyaya sahib olduğu haqqında olan suallara cavab verdi. World Class fitness klub şəbəkəsinin baş direktoru Nikolay Pryanishnikov əmindir ki, bu gün top-menecer ilk növbədə people-menecer olmalıdır. The Cultural Architecture şirkətinin təsisçisi John King iştirakçıları "Mən Mükəmmələm" mövqeyihər şeyi yavaşladır və "Biz" hər zaman "Mən"dən güclüdür fikrini anlamağa dəvət edib. MDB ölkələrində və Cənub-Şərqi Avropada "DHL Express"in idarəedici direktoru Adrian Marley uğurlu idarəetmə haqqında özünün sirrini iştirakçılarla bölüşüb. Bu sirrə 4 amil daxildir: keyfiyyət, hörmət, güvən və yumor hissi. Bu il qiymətli sertifikatı aralarında АТАК, МТС, British American Tobacco, OBI, PERI kimi brendlər olan 11 şirkət qazandı.
İkinci gün şirkətlərdə genişmiqyaslı liderlik haqqında olan suallar öz cavabını tapdı: Şirkətin dəyərləri yalnız kağız üzərində qaldığı zaman nələr baş verir?, daxili idarəetmənin mənfi və müsbət cəhətləri hansılardır? "Metro Group"un vitse prezidenti Heiko Hutmacher irimiqyaslı şirkətlər üzərində nümunələr çəkərək göstərdi ki, ən uğurlu yol iderlik potensialını maarifləndirmə və iş vasitəsilə artırmaqdır. Rusiyada Pfizer şirkətinin baş direktoru Danil Blinov bildirib ki, lazımsız personal olmur, onların öz qabiliyyətlərini nümayiş etdirmək üçün yanlış yer olur və o, iştirakçıları öz əməkdaşları ilə ünsiyyətdə laqeyd olmamğa çağırıb.
Sürpriz isə hər bir spikerin çıxışı əsasında iştirakçıların WTH mobil proqramda ən yaxşı hesab etdikləri çıxışa səs verməsi oldu. Ən çox səs toplamış 51 ölkə ReForum "Winning The Hearts 2016" ərəfəsində işıq üzü görəcək "51 liderin kölgəsi" kitabında yer alacaq. ReForum "Winning The Hearts 2015"in təşkilatçısı WTH Group partnyorlara ReForumun keçirilməsində dəstəyə və köməyə görə təşəkkür edib: Skolkovon idarə etdiyi Moska məktəbinə, AT Consulting şirkətinə, Илим qrupuna, SAP şirkətinə, Ведомости qəzetinə, Business Relation təlim şirkətinə, БКС Брокер şirkətinə, Support Partners şirkətinə, Aon Hewitt & Axes Management şirkətinə, First Gull təlim mərkəzinə, Малакут sığorta şirkətinə və başqalarına və ümid edir ki, bu 2 gün hər kəsə məqsədlərinə nail olmaq üçün yeni addımlara təkan oldu.