2015-ci il artıq bitdi bitəcək. Bu ildə Facemark olaraq MMF 2015, DMC 2015 kimi tədbirlərin təşkilatçısı, 20-ə yaxın beynəlxalq tədbirin isə media partyoru olduq. Bu tədbirlərin bir çoxunda komandamızın üzvləri iştirak etdi. İlin bitməyinə bir aydan bir az çox qala "Facemark"ın media partnyorluğu ilə qarşıda bizi daha 2 tədbir gözləyir. Bunlardan ilki 1-3 Dekabr tarixlərində Belçikanın Antverp şəhərində baş tutacaq Eurobest Avropa kreativlik festivalıdır.
Digəri isə 9-13 Dekabr tarixlərində Kurşeveldə, Fransa Alplarında baş tutacaq olan Cristal Festival Marketing İnnovasiyaları və Data forumudur. 2016-ci il üçün isə artıq indidən, 3 tədbirin media partnyorluğu haqqında razılığa gəlmişik və inanırıq ki, bu tədbirlərin sayı 2015-ci ildəkindən də çox olacaq. Bu tədbirlərin hər birində 2 nəfərlik kontingent ilə iştirak etmək şansımız var. Tədbirlər aşağıdakılardır:
6-8 Mart, Dubai LYNX, Dubay, BƏƏ
8-9 Mart, Davos ümumdünya kommunikasiya forumu, Davos, İsveçrə
16-19 Mart, ADFEST, Pattaya, Tayland