Nike, tarix boyunca ilk dəfə bir oyunçuya ömür boyu sponsorluq edəcəyini açıqlayıb. Dünyaca məşhur idman məhsulları istehsal edən markanın sponsorluq edəcəyi ad isə basketbol dünyasından "Cleveland Cavaliers"un ulduzu Lebron James oldu. Həyatının sonuna qədər bir razılaşma imzalayan Ceymsin nə qədər pul qazanacağı isə rəsmi olaraq açıqlanmayıb. İdman dünyasının tanınan adlarından Darren Rovell, müqavilənin 1 milyard dolları aşa biləcəyini bildirib.
Amick, isə "Razılaşma nəticəsində Jamesə həyatının sonuna qədər ildə 30 milyon dollar ödənəcəyi" fikrini irəli sürüb. 13 ildir basketbol dünyasında fəaliyyət göstərən Ceymsin karyerasının ikinci yarısına başladığı nəzərə alındığı zaman bu razılaşma basketbol dünyasında fərqli reaksiyaları da özü ilə gətirdi. Bəziləri bu razılaşmanın gərəksiz olduğunu ifadə edərkən, müqaviləni müdafiə edənlər həm markanı həm də Ceymsi dəstəklədi.