İlk gündə çöl, press, çap, radio, dizayn, film, film-sənət və inteqrə olunmuş bölmələr üzrə işlər arasından qaliblər seçildi. Radio, film və inteqrə olunmuş bölmələrdən başqa digər kateqoriyalarda juri Grand Cristalı elan etdi. Juri bildirdi ki, bu 3 kateqoriyada Grand Cristalı haqq edən iş daxil olmayıb. Mükafatlandırma mərasimində ancaq Cristal və Grand Cristal alan işləri təqdim etdiklərindən bu mükafatları alanlar içərisindən ən çox bəyəndiyimiz 5 reklamı Sizinlə bölüşmək qərarına gəldik. Bütün siyahı ilə aşağıda tanış ola bilərsiniz.
The World’s first billbed (Moltyfoam) – BBDO Pakistan
37 days (Atlantic group) – Leo Burnett France
Sound of the city (Thalys) - Rosapark
The freshest orange juice brand (Intermarche) - Marcel
Close to home (AT&T) – BBDO New York