"Cristal Festival"da ikinci günün qalibləri də müəyyən olundu. Bu gün isə kontent, idman marketinqi, korporativ və PR və Media kristalı nominasiyalarında qaliblər elan olundu. Bu 4 kateqoriyada yeganə ən böyük trofi olan Grand Cristalı Media bölməsində alman Serviceplan Gruppe fuer innovative Kommunikation agentliyinin Sky Deutschland üçün çəkdiyi "Sky SQReening" adlı iş əldə etdi:
Daxil olan işlərin və mükafatçıların sayı çox olduğundan ən yaxşı işləri jüri üçün seçmək çox çətin olub. Elə Cristal mükafat alanların sayı da çox olduğundan bəyənilən videloları seçməkdə çətinlik çəkdik. Gecənin ən bəyənilən videloları əsas QHT sektorunda çəkilmiş işlər idi. Onlardan bir neçəsini Sizlərlə bölüşürük. Bütün qalib olan, Cristal (qızıl), Sapphire (gümüş) və Emerald (bürünc) alan işlərin siyahısıyla aşağıda tanış ola bilərsiniz.
Ən bəyəndiyimiz qeyri QHT reklamı
Band of Brands (Heineken) - Starcom MediaVest Group, ABŞ
Give Mom Back Her Name (UN Women) - Impact BBDO Dubai, BƏƏ
Lebanon 4 Sale Sakker El Dekkene (Stop the Shop) - Leo Burnett Beirut, Livan
I write in Arabic (Samsung) - Leo Burnett Jordan, İordaniya