"Cristal Festival"ın üçüncü günündə "Rəqəmsal və mobil" və "Online video" bölmələrində qaliblər elan olundu. "Rəqəmsal və mobile" bölməsində bu il Juri prezidenti "Ogilvy Grup UK"in baş rəqəmsal direktoru Patou Nuytemans idi. Bu kateqoriyada 15 iş Emerald (bürünc), 11 iş Sapphire (gümüş), 9 iş isə Cristal (qızıl) mükafat aldı. Kateqoriyanın baş mükafatı olan Yaxın Şərq və Şimali Afrika regionu üzrə Grand Cristalı isə 3SG BBDO Tunisin Samsung üçün yaratdığı Backup Memory işi qazandı:
Online video bölməsində Jüri prezidenti R/GA-nın Qlobal Baş Dizayn və İnnovasiya direktoru Chris Colborn idi. Bu bölmə üzrə 8 iş Emerald (bürünc), 9 iş Sapphire (gümüş), 9 iş isə Cristal (qızıl) mükafatı qazandı. Chris Colbornun qeyd etdi ki, bu bölmədə açıq-aşkar favorit olmadığından bölmənin baş mükafatı Grand Cristalı heç bir iş qazana bilməyib. Bu 2 kateqoriya üzrə qızıl mükafatı alanlar arasından ən çox bəyəndiyimiz işləri Sizlərlə paylaşırıq.
#HandsOff (Marc Dorcel) – Marcel, Fransa
Make Up Genius Virtual Mirror (L'Oréal Paris) - McCANN Erickson Paris, Fransa
Playing Can't Be Bad (Employee Changyou Game Developer) - Saatchi & Saatchi Services, Honq Kong
Love Has No Labels (Ad Council) - R/GA ABŞ
Perfect Fit Garage (Honda Motor Europe ) - Lost Boys, Birləşmiş Krallıq