"Cristal Festival"ın dördüncü günündə "promo və birbaşa", "brend mədəniyyəti", "marketinq innovasiyası", "e-kommersiya", "lyuks" və "xüsusi mükafat" kateqoriyalarında qaliblər elan olundu. "Promo və birbaşa" kateqoriyasında baş mükafatı olan grand Cristalı Alive Diageonun sifarişi ilə Leo Burnett Beirut tərəfindən hazırlanmış "Keep the flame alive" işi qazandı.







"Brend mədəniyyəti" kateqoriyasında Livanın İmpact BBDO agentliyinin MTV üçün yaratdığı "Revive Culture" işi baş mükafat olan Grand Cristalı qazandı.





"Marketinq İnnovasiyası" kateqriyasında açıq aşkar seçilən bir iş olmadığından, "e-commerce" kateqoriyası isə bu il ilk dəfə keçirildiyindən və çox iş daxil olmadığından kateqoriyaların baş mükafatını qazanan olmadı. "Lyuks" kateqoriyasında isə nə Cristal nə də baş mükafat olan Grand Cristalı qazanan olmadı. Festivalın baş mükafatı "Festival Grand Cristalı" isə Marcel agentliyinin Marc Dorcel üçün yaratdığı #HandsOff işi qazandı.





Sonda isə müxtəlif kateqoriyalarda ilin şirkətləri seçildi:



İlin reklam şəbəkəsi – BBDO Worldwide
İlin Media şəbəkəsi – Starcom Mediavest Group
İlin holdinq şirkəti – Omnicom Group
İlin reklam agentliyi – Leo Burnett
İlin media agentliyi – Mindshare



Bütün Cristal, Sapphire və Emerald mükafatçıların siyahısıyla aşağıda tanış ola bilərsiniz.