Mövsümün əvvəlində Barcelonaya transfer olan və yanvarın 6-da Espanyol qarşısında ilk matçına çıxan Arda Turan üçün böyük gün idi. Futbolçunun həyəcanını paylaşan milyonlarla idman pərəstişkarının həyəcanla gözlədiyi xüsusi günü Türkiyədə e-ticarət kanalını açmaq üçün seçən Nike, Arda Turana özəl bir konsept təqdim edərək online alış-veriş düyməsini yaratdı.
Türkiyədə açılmasıyla birlikdə dünya üzərində online satış şəbəkəsini 28 ölkəyə çıxaran "Nike"ın Arda Turan ilə başlayan konsept məhsulları Barcelona forması, Ardanın milli komanda və məşq formaları kimi məhsulları ehtiva edir. Müştərilər "Nike Magis" futbol ayaqqabısını, "NikeID" xidməti ilə istədikləri şəkildə hazırlayıb, fərdiləşdirə bilir. NikeID xidməti Nike online mağazasını ənənəvi mağazalarından ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biridir. Çünki xidmətdən istifadə edərək seçilən hər hansı bir idman ayaqqabı modelini, modelindən rənginə qədər dəyişdirmək və alıcının istəyinə uyğun şəkildə dizayn etmək mümkündür.