Tətbiq üçün Firefox, Google Chrome, Opera, Safari İnternet Explorer ilə işləyən sadə bir script tapdıq. Əlavə siz dostluqdan silindiyiniz anda xəbər verəcək qədər yaxşı işləyir.


Unfriend Finder adlı proqramı yükləmək üçün səhifədəki logonu basmanız yetərlidir. Unfriend Finder yalnız facebook.com üzərində işləyən bir tətbiqdir. Tətbiqi Chrome istifadəçiləri bura basaraq yükləyə bilərlər.


Firefox istifadəçiləri bura basıb eyni funksiyası daşıyan Greasemonkey əlavəsini istifadə edə bilərlər.


Unfriend Finder əlavəsini qurduqdan sonra, Facebook səhifənizin yeni xüsusiyyətini görəcəksiniz. “Ox” simvolunu işarə edən “Tez-tez İstifadə edilənlər" siyahısının sağ tərəfində "Unfriends" bölməsinin dərhal fərqinə varacaqsınız.



Tətbiqi yüklədikdən sonra siz dostluqdan çıxarıldığınız zaman ‘’unfriends’’ hissəsində qırmızı rəngdə bir elan görünəcək. “Ayrıca elanlar" bölməsindən də sizi dostluqdan çıxaranları görə bilərsiniz.




Bununla yanaşı "Favoritlər" hissəsində də "Unfriends" tətbiqi istifadə edilə bilir.




Əlavə sizə Facebook-unu bağlayan ( deaktiv edən ) və təkrar açan dostlarınız haqqında da məlumat verəcək.



Dost istəklərini izləmək üçün də olduqca müvəffəqiyyətli bir tətbiq olduğunu bildirməliyik. Xüsusiyyət gözləyən istəklərinizi göstərdiyi kimi, dostluq istəyinizi və ya ''ləğv edilənlər'' haqqında da məlumat verir.





Həmçinin istəsəniz və ya çox əsəbləşdinizsə sizi dostluqdan silənləri Facebook səhifənizdə paylaşa bilərsiniz.