Avtomobil idarə edərkən telefonla məşğul olmağın nə qədər təhlükəli olduğuna bir daha diqqət çəkən Volkswagen, bu dəfə məşhur sosial media şəbəkələrinin logolarından ağıllı mesajlar çıxardı. Facebook, Instagram və Snapchat kimi şəbəkələrin adları üzərində edilən kiçik dəyişikliklərlə qəza edən sürücünün başına gələ biləcəklərə diqqət çəkildi.