StatCounter xidmətinin subyektiv statistik hesablamalarına əsasən,Chrome tarixdə ilk dəfə olaraq dünyanın ən populyar brauzeri elan edilib. Bu veb-brauzer 14-20 may tarixləri arasında ən çox istifadə olunan brauzer olub. “Google” şirkətinin məhsulu olan Chrome bu müddətdə bazar payını 32,76%-ə çatdırıb ki, bu da 31,94% göstəricisi olan Internet Explorer-i geridə qoymağa kifayət edib. 

Liderliyinə baxmayaraq ayrı-ayrı regionlarda Chrome rəqiblərinə “güzəştə gedir”. Belə ki, Şimali Amerikada hələ də “Microsoft” şirkətinə məxsus brauzer liderlik edir. Liderlik yarışmasına Firefox-un başçılıq etdiyi Avropada isə Chrome Internet Explorer-i tamamilə az fərqlə qabaqlayır. Afrikada da eyni vəziyyət müşahidə olunur. 

Chrome brauzeri yalnız payının 50%-lə ölçüldüyü Cənubi Amerikada böyük fərqlə liderlik edir. Ekspertlər regionda proqramın populyarlığını burada Google Orkut sosial xidmətinin genyayılmasıyla izah edirlər.