Nestle Rusiya və Publicis Rusiya NESCAFÉ Classic üçün hər zamanki sadə ideyanı davam etdirən 2 yeni reklam çarxı təqdim etdi. Reklam çarxlarında məhz "NESCAFÉ Classic"in günə enerji dolu başlamağa və adət etdiyimiz şeylərə yeni gözlə baxmağa kömək edən qəhvə olduğuna diqqət çəkilir. Çəkilişlər Moskva şəhərində amerika rejissoru Kevin T. Wilsonun rəhbərliyi ilə bir neçə gün ərzində keçirilmişdir.
Birinci reklam çarxı xokkey oyunçusu və onun evdən çıxarkən açarları unudan gözəl lakin dağınıq həyat yoldaşının hekayəsindən bəhs edir. Qadının həyat yoldaşı bunu "NESCAFÉ Classic"dən içərək zövq aldığı an görür. Qəhvənin yeni dadı və ətri gözlənilmədən xokkey oyunçusuna öz imkanlarını professional şəkildə istifadə etmək üçün ilham verir. Nəticədə bir çoxlarına tanış olan səhər problemi çox gözəl şəkildə həll olunur.
İkinci reklam çarxında isə balerina ön plandadır. Qış səhəri pəncərədən baxarkən maşının bütün qar ilə örtüldüyünü görən qadın, "NESCAFÉ Classic"dən içərək bu səhər problemini asan şəkildə həll etməyin yolunu tapır. Balerina ayaqqabılarını geyinir və maşının üzərində özünü böyük teatrın səhnəsindəymiş kimi hiss edərək rəqs etməyə başlayır. Nəticədə problem həll olunur.