"Coca-Cola" marketinq strategiyasında əhəmiyyətli bir dəyişiklik edərək, bütün brendlərini tək bir kreativ kampaniya ilə tanıdacağını elan edib. Yeni şüar "Taste the Feeling" (Dadını çıxar) adlanır. "Coca-Cola"nın qlobal SEO-su Marcos de Quinto, Parisdə 19 Yanvarda təşkil etdiyi mətbuat konfransında Coca-Cola Light/Diet Coca-Cola, Coca-Cola Zero və Coca-Cola Life markalarının hamısı üçün "tək brend" yanaşması tətbiq edəcəyini söyləyib.
Bu strategiyanın şirkət istehlakçılarının damaq dadına, həyat tərzinə və bəslənmə növlərinə uyğun, kalorili və ya kalorisiz, kafeinli və ya kafeinsiz bir Coca-Cola məhsulu təqdim edəcəyi vədini verdiyini ifadə edib. Quinto, "Coca-Cola fərqli növləri olan tək bir markadır, növlərinin hamısı da eyni dəyərə, eyni vizual ikonoqrafiyaya sahibdir. İnsanlar "Coca-Cola"larını fərqli şəkillərdə istəyirlər amma hansını seçərlərsə seçsinlər "Coca-Cola"nın bənzərsiz ləzzətini və ferahlığını istəyirlər" deyə bildirib.
"Taste the Feeling" (Dadını çıxar), Coca-Cola içməyin, hansı Coca-Cola olursa olsun, hər gün yaşanan sıradan anları daha xüsusi hala gətirən bir zövq olduğunu vurğulayır. "Coca-Cola"nın mükafatlı "Open Happiness" (Xoşbəxtliyə Qapaq Aç) kampaniyası son yeddi ildir markanın nə üçün var olduğunu vurğulayırdı. "Taste the Feeling" isə Coca-Cola təcrübəsinin funksional və duyğusal tərəflərini mərkəzə alan qlobal bir hekayəni izah edir.
Quinto etdiyi şərhdə: "Coca-Colanın böyüklüyü sadə bir zövq olmasından irəli gəlir. Nə qədər təvazökar olsaq o qədər böyüyürük. İnsanların məhsulu, markanı sevdikləri qədər çox sevdiklərini xatırlamalarına köməkçi olmaq istədik" deyərək bildirib.
Rodolfo Echeverria isə "Xoşbəxtliyə Qapaq Aç kampaniyasında "Coca-Cola"nın xoşbəxtlikdə oynadığı rolu göstərməyə doğru bir keçid edirik. Biz sadə, gündəlik anları daha xüsusi bir hala gətiririk" deyə vurğulayıb.
"Taste the Feeling" işi beynəlxalq bir təşkilat şəbəkəsi tərəfindən hazırlanıb. Mercado-McCann, Santo, Sra. Rushmore və Oglivy & Mather, birlikdə 10 TV reklam filmi, mətbuat, digital, açıq hava və alış-veriş məkanları materiallarını hazırladı. Kampaniya irəlilədikcə altı agentlik daha işə daxil olacaq.
Kampaniyanın rəsmi musiqisi isə Conrad Sewell tərəfindən səsləndirilib.
Coca-Cola ilə uzun müddətdir əməkdaşlıq edən Avicii də "Taste the Feeling" musiqisinin ərsəyə gəlməsində əhəmiyyətli rol oynayıb. Mahnının interaktiv rəqəmsal formatını hazırlayıb. Bu işlə hər kəs real duyğularının "GIF"ini yaradaraq sosial platformalarda paylaşa bilir.