"Dolce&Gabbana" İtalyan kinosunun məşhur nümayəndələrinin iştirakı ilə yaradılmış reklam çarxı təqdim etdi. Reklam çarxının rejissoru Giuseppe Tornatore, bəstəkarı Ennio Morricone, baş rol ifaçısı isə Sofi Lorendir. Onların hər biri "Oscar" mükafatı sahibidir. Reklam çarxı Dolce Rosa Excelsa adlanır. Reklam çarxının adında həmçinin italyan dilindən tərcümə edildikdə "çiçəklənmə" və ya "dirçəliş" mənasını verən rinascita sözü də istifadə olunub.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Domenico Dolce və Stefano Gabbana Sofi Lorenə həsr olunmuş dodaq boyası təqdim etmişdi. Bu il 82 yaşı tamam olacaq aktrisa dodaq boyasinin qızılı qabında öz imzasını qoymuş və reklam çarxında iştirak etmişdi.