Givenchy özünün yeni cins kolleksiyası üçün reklam kampaniyası təqdim etdi. Kampaniyanın siması məşhur model Irina Shayk seçildi. Onun tərəfdaşı isə model Chris Moore oldu. Givenchy rəsmi Instagram səhifəsində ağ və qara metrajlı reklam çarxının fotolarını paylaşdıqdan sonra təxmini bir neçə saat ərzində şəkillər 80 000-dən çox bəyənmə (like) topladı. Reklam çarxı baş rolda Irina Shaykın iştirak etməsi ilə əlaqədar olaraq böyük marağa səbəb oldu.