Norveçdə körpə uşaqların valideynlərini toz təhlükəsindən xəbərdar etmək üçün uşaqların çox sevdiyi yumşaq oyuncaqlar XX əsrin məşhur diktatorları Adolf Hitler, Kim Jong-il və Muammar Gaddafi kimi təqdim olundu. Norveç Milli Assosiasiyası hesab edir ki, bu üsulla müasir Norveç ailələrində uşaqlar arasında yayılmış allergiya problemi və astma xəstəliklərinin müalicə olunmasına kifayət qədər diqqət çəkmək mümkündür.



Zahirən zərərsiz olan oyuncaqlar böyük miqdarda toz toplayan materiallardan hazırlanmış olduğu üçün təhlükə simvolu olaraq təqdim olundu. Təşkilatda bilidirlib ki, "Uşaqların bu oyuncaqlar ilə daimi təmsada olması onlarda astma və allergiya xəstəliklərinin yaranması ehtimalını artırır. Təşkilatın nümayəndələri nəticədən razı qalıb. Onlar ümid edir ki, bu reklam kampaniyası ilə valideynlərin hələ ilk günlədə başlayan allergiya və astma xəstəlikləri ilə mübarizə aparmaq imkanı yaranıb".