10 kateqoriya üzrə - video, radio, çap və küçə reklamları, reklam kampaniyaları, craft, birbaşa marketinq, media və interaktiv media, PR və sosial reklam - Golden Hammer reklam festivalına iş qəbulu 25 may tarixinə qədər uzadıldı. İşlər elektron versiyada www.goldenhammer.eu ünvanına təqdim oluna bilər.
Golden Hammer reklam sənayesindən olan iştirakçılar üçün xüsusi imkan və bütün dünyadan olan məşhur ekspertlər və peşəkarlar tərəfindən qiymətləndirilmə kimi şans yaradır. Dörd jüri-kreativ,media, interaktiv və PR sahələri üzrə öz işlərini 5 iyun tarixindən başlayacaq və təxminən 23 ölkədən olan girişləri qiymətləndirəcəklər. Hakimlər dünyanın dörd bir tərəfindən gəlirlər və müxtəlif meyarlara sahibdirlər. Bir şey dəqiqdir: məşhur iş qısa olur. Qiymətləndirmənin müxtəlif kriteriyalarından asılı olmayaraq məşhur məşhurdur.
Əgər sizin işiniz məşhurdursa, o Golden Hammer –in tanınmış mükafatları ilə təltif olunacaq-Creativity Case (Kreativ juri tərəfindən təltif olunur), Media Folder (media juri tərəfindən təltif olunur), Access Key (interaktiv juri tərəfindən təltif olunur) və ilk dəfə olaraq PR Frame (PR juri tərəfindən təltif olunur) və Network of the Year (festivalda ən çox pints əldə edən kampaniyalar şəbəkəsinə verilir).
Xatırladaq ki, Golden Hammer ənənəni davam etdirir və “İlin şəbəkəsi” adlı qaliblərə xüsusi güzəştlər edir. Artıq ikinci dəfə, 2011-ci ildə Ogilvy “İlin şəbəkəsi” nominasiyası ilə qalib olub. Beləliklə, bu il hər ölkədən bir agentlik öz işini pulsuz təqdim edə bilər.
Golden Hammer Festivalı Avropa Reklam festivalları arasında öz layiqli yerini tutur. Festival Avropa-Asiya, Şərq və Qərbin qarşılıqlı kəsişmə nöqtəsi hesab olunur.