Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Olimpiya Hərəkatı” məktəblilərin kütləvi idman proqramı çərçivəsində badminton idman növü üzrə rayon birinciliklərinə yekun vurulub.
Rayon birincilikləri Bakı şəhərinin 300-ə yaxın orta ümumtəhsil məktəblərində təhsil alan şagirdləri badminton idman növünə cəlb edib. Sayca ikinci sayılan bu mərhələdə milli idman federasiyalarının dəstəyi ilə 4 idman növü üzrə (basketbol 3x3, badminton, yüngül atletika və veloidman) keçirilmiş şən, inklüziv və təhlükəsiz idman yarışlarında 30%-i qızların təşkil etdiyi 10 minə yaxın məktəbli iştirak edib. Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və “Olimpiya sistemi” əsasında keçirilir.
Bunula əlaqədar olaraq proqramı çərçivəsində finala vəsiqə qazanmış komandalar üçünbadminton idman növü üzrə təlim-məşq təşkil olunub.Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd badminton idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdan ibarətdir. Gənc badmintonçulara köməklik məqsədilə onlara bu idman növünün sirlərini daha dərindən öyrətmək üçünbadminton üzrə Azərbaycan milli yığma komandasının üzvlərivə Azərbaycan Badminton Federasiyasının baş məşqçisi Cavanşir Əlizadə bir araya gəlib. Tədbiri daha maraqlı etmək və uşaqları bu idman növünə həvəsləndirmək məqsədilə tədbirə yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri də qatılıb. Proqram çərçivəsində baş tutan ilk belə kütləvi təlim-məşqin keçirilməsində proqramın əsas tərəfdaşlarına Bakı Slavyan Universiteti və Azərbaycan Badminton Federasiyası köməklik edib.
Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov qeyd edib: “Məktəblilərin “Olimpiya Hərəkatı” proqramına olan marağı gənclər arasında idman və sağlam həyat tərzinin yüksəldilməsi ilə nəticələnir. 50 mindən çox məktəblinin iştirakı ilə keçirilən bu yarışlar artıq finala hazırlıq-məşq mərhələsindədir. Əminəm ki, layihə növbəti illər üçün Azərbaycan rayonlarını və daha çox məktəbləri əhatə edəcək ki, buda öz növbəsində məktəblərdə fiziki tərbiyə və idmanın inkişafına səbəb olacaq”.
Eyni zamanda, tədbirdə iştirak edən MOK, Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi və Azərbaycan Badminton Federasiyasının nümayəndələri və finala vəsiqə qazanmış məktəblilər, həmçinin məktəb direktorları iştirak ediblər.
Komandaların yoldaşlıq görüşlərini izləyən milli yığma komandaların üzvləri və Cavanşir Əlizadə gənc badmintonçulara yarış zamanı onların raketkanın tutulması, volana zərbənin vurulması və sair üzrə şəxsi tövsiyələrini veriblər. Komandalararası yarışlar bitdikdən sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlar üçün nümunəvi oyun nümayiş etdiriblər.
Qeyd edək ki, 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan “Olimpiya Hərəkatı” proqramı Bakı rayon yarışları ilə davam edib və cari ilin əvvəlində “Bakı 2015” Avropa Oyunlarının yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.