Azərbaycanda biznes tədbirlərinin aparıcı təşkilatçısı olan "P World" bu yaxınlarda ölkənin beynəlxalq marketinq tədbiri olan "Marketing Kingdom Baku" tədbirinin dördüncü buraxılışının 14-15 Aprel, 2016-cı il tarixlərində Bakıda keçiriləcəyini elan etmişdir. Tədbir ardıcıl olaraq dördüncü ildir ki, həyata keçirilir. "Marketing Kingdom Baku 4" dünyanın ən tanınmış marketinq və kommunikasiya ekspertlərini bir araya gətirir. "Marketing Kingdom" Xorvatiya, Serbiya, Gürcüstan, Qətər və Azərbaycan kimi ölkələrdə illik buraxılışları ilə dünyanın ən böyük marketinq tədbirlərindən biridir.



Xatırladaq ki, "Facemark.az" bu il də " Marketing Kingdom Baku" tədbirinin rəsmi media partnyoru oldu.