Oreo, Shazam və Twitter inteqrəli kampaniyası ilə hər kəsi ürəyini açmağa və öz içindəki möcüzəni kəşf etməyə dəvət edir. Şirkət Yanvar ayında qlobal şəkildə başlatdığı "Open up with Oreo" kampaniyasına, Türkiyədə yayımlanan animasiya reklam filmi və Shazam ilə Twitter inteqrəli interaktiv bir layihə ilə davam edir. "Oreoyla Açıl Həyata" adlı kampaniyanın reklam filmində bir-birindən fərqli obrazların ətrafındakı insanlara ürəklərini açdığı görünür.



Layihənin rəqəmsal hissəsində isə istifadəçilərdən TV və internetdə gördükləri reklam filmi əsnasında Shazam proqramından istifadə etmələri istənilir. Filmi Shazamlayaraq Twitterə bağlanan istifadəçilər, daha sonra sevdiklərinə bir mesaj çatdırır. Mesajın məzmunu yalnız göndərilən şəxsə görünsə də tətbiq kartı #Openupwithoreo#Oreoylaaçılhayata həştəqləri ilə "Twitter"dən paylaşır.