Wieden & Kennedy London, bir çox kreatif / reklam agentliyi kimi uzun və çətin iş saatlarına malikdir. Hətta bazarda, "Weekend & Kennedy" ləqəbi belə var. Amma artıq agentlik, yeni bir tənzimləmə ilə məşəqqətli iş saatları mövzusunda sahib olduğu pis şöhrətə bir nöqtə qoymağı hədəfləyir. Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, bir neçə həftə sonra, agentlik personalına səhər 10:00-dan əvvəl, axşam 16:00-dan sonra iclas təşkil etməyərək, işçilərin ofisə çox erkən gəlib çox gec çıxmaqlarına son qoyacaq.
Bundan əlavə heç bir personaldan həftədə 40 saatdan çox çalışması gözlənilməyəcək. Bütün qrupa 19:00-dan sonra iş mailləri atılmayacağı və Cümə günləri işdən 16:30-da çıxacaqları da bildirilib. Bu parlaq fikir isə "Wieden & Kennedy London"un vəkil inzibati idarəçisi Helen Foulderdən gəlib.