Türk Hava Yolları, ortaq olduğu milyonlarla xəyaldan ilham alaraq həyata keçirdiyi Delightful Stories layihəsi ilə bacara bildiyi hər kəsi yeni xəyallar qurmağa və daha sonra reallaşdırmağa çağırır. Layihənin son hekayəsi, sərhədləri aşan Hindli qadın qaçışçı Kavitha Kanaparthidir. "Delightful Stories" layihəsi, öz gücü ilə çətinliklərin öhdəsindən gəlmiş və sonunda müvəffəqiyyətə çatmış insanların qeyri-adi həyat hekayələrini təqdim edir.
Fevral ayında görmə məhdudiyyətli professional sörfçü, Derek Rabelonun ilhamverici macərasından bəhs edən "Delightful Stories"in son hekayəsi isə Hindistan mənşəlidir. Tək səfərdə 100 km-dən çox qaçan və velosipedlə qitələri aşan Hindistanlı idmançı Kavitha Kanaparthinin hekayəsi həyata dair bir çox şeyi izah edir. Bu dəfə layihədə ultramaraton qaçışçısı Kanaparthinin qaçış idmanıyla həyatına necə istiqamət verdiyi və idmanın maneələrə meydan oxuma və mübarizəni əsla buraxmamaq kimi başlıca prinsipləri sayəsində çətinliklərin öhdəsindən necə gəldiyi üzərinə qurulan bir hekayə, yer aldı.
İdmançı ailəsində dünyaya göz açan Kavitha, kiçik yaşda Hindistanın ilk qadın pilotu olmaq xəyalları qurarkən, digər tərəfdən də qaçış ilə tanış olur. Lakin hələ 20 yaşına gəlmədən keçirdiyi bir yol qəzası nəticəsində pilot olmaq ehtimalını itirən Kavitha, içərisində olduğu çətin vəziyyətdən qaçış idmanı sayəsində xilas olur və yeni xəyalları ilə həyatına davam edir.
Çəkilişləri, Bangalore, Ooty və Yelagiri bölgələrində həyata keçirilən hekayə, Hindistanın möhtəşəm təbiət görüntüsü ilə inanılmaz bir mənzərə təqdim edir. Öhdəsindən gəldiyi böyük çətinliklərlə, bütün insanlar və xüsusən də qadınlar üçün əhəmiyyətli bir nümunə olan Kavithanın hekayəsi, bütün izləyənlərə ilham verməyə hazırdır. İzləyicilər, www.delightfulstories.com ünvanında yer alan hekayələri izləməklə yanaşı, öz hekayələrini də paylaşıb, layihənin fərqli bir yerində baş rolda olmaq imkanına da sahibdir.