Beynəlxalq Kiyev Reklam Festivalı mükafatı ən yaxşı sosial komponent ideyasına görə təqdim olunacaq.Qalib iş - AdBlackSea 2016 ikinci beynəlxalq reklam festivalının konkurs proqramında pulsuz iştirak hüququ, onun müəllifi isə 22-25 sentyabr Batumidə keçiriləcək festivalın bütün tədbirlərinə tam akkreditasiya qazanacaqdır. BKRF xüsusi nominasiyanın - Best ideain social and public interest - qalibini Sosial Reklam Birjasının yaradıcısı və rəhbəri Aleksandr Qorlov və Ukrayna Reklam Koalisiyasının icraçı direktoru Maksim Lazebnik müəyyən edəcəkdir.



Best ideain social and public interest xüsusi mükafatı – BKRF-ın ən yaxşı sosial komponent ideyasına görə verilən unikal mükafatıdır. Mübarizəyə qoşulmaq üçün təşkilata müraciət etmək və ya əlavə vəsait sərf etməyinizə ehtiyac yoxdur, çünki biz inanırıq ki, sosial məsuliyyət – bu artıq investisiyadır. Cəmiyyətin inkişafına, gələcəyə qoyulan investisiya.



Mukafat uğrunda mübarizədə 17-ci BKRF müsabiqəsinin bütün sosial yönümlü işləri avtomatik olaraq iştirak edəcəkdir: Film, Film Craft, Print & Publishing, OOH, Radio, Design & Branding, Digital & Mobile, Advertising Campaigns, Media, Branded Content & Visual Storytelling, Industry Categories, Best Marketing Innovation.



Sosial Reklam Birjasının rəhbəri Aleksandr Qorlov: “BKRF-daki Best ideain social and public interest mükafatı - sosial reklamın hər bir reklam agentliyi üçün sosial məsuliyyətinin təbii ifadəsi olması haqqında bir xatırlatmadır. Düzgün sosial məsuliyyət - öz əsas fəaliyyətiniz çərçivəsində cəmiyyətin xeyrinə çalışmaqdır. Bəlkədə yalnız reklam sənayesində insanların davranışına təsir etməyi bacaranlar vardır və buna görə də onlar bunu etməlidirlər."



Müsabiqəyə qoşulmağa tələsin, çünki, müsabiqə işlərinin qəbulu 22 aprel 2016 tarixinədəkdir. İşinizi festivalın saytında kiaf.com.ua qeydiyyatdan keçirə bilərsiniz.