Mayın 26-27-də dünyanın ən obyektiv reklam festivalı olan 17-ci "Beynəlxalq Kiyev Reklam Festivalı" keçiriləcək. Müsabiqə işlərinin qəbulunun başa çatmasına cəmi bir neçə gün qaldı. Belə ki, 29 aprel qeydiyyatın sonuncu günüdür. Tələsin, çünki yaxşı hazırlanmış işlər - sizin gələcək qələbələrinizin təminatıdır.



17-ci "Beynəlxalq Kiyev Reklam Festivalı"nın dünyanın ən obyektiv reklam festivalı olmasını öz təcrübənizdə yoxlaya bilərsiniz. Necə? Çox sadəcə. Özünüzün ən yaxşı işlərinizi - 33 ölkədən olan, Cannes Lions, New York Festivals, ADC*E, Golden Drum, Epica kimi festival və müsabiqələrin qalibləri olmuş 75 münsif üzvünün qiymətləndirməsinə həvalə etmək şansını əldən buraxmayaraq.



17-ci BKRF münsif üzvləri festivala təqdim olunmuş hər bir işi ciddi, lakin ədalətlə qiymətləndirəcək. Münsif heyətinin hər bir üzvü öz qiymətləndirməsini həmkarlarından asılı olmayaraq 100 ballıq şkala ilə aparacaq və nəticədə orta bal çıxarılaraq hesablanacaq.



17-ci BKRF-nın bütün iştirakçılarına yaradıcılıq üçün də yer ayrılmışdır: 150 kateqoriyalı 12 müsabiqə, həmçinin BKRF-in müsabiqə proqramına ilk dəfə daxil olan Sənaye müsabiqəsi. Razılaşın ki, sizin işlərininzi beynəlxalq həmkarlarınızın qiymətləndirməsi çox gözəldir. Lakin daha vacibi isə budir ki, layihələrinizi müştərilər görəcək və dəyərləndirəcək.



Və əlbəttə ki, ən yaxşı marketinq komandası (Best Marketing Teams-2016) reytinqində əlavə bal toplamağa kömək edəcək Best Marketing Innovations müsabiqəsini unutmayın.



Təşkilat komitəsi rəqiblərə festival saytında qeydiyyatla bağlı hər bir köməklik göstərməyə hazırdır. Xatırladaq ki, qeydiyyatın bitməsinə 2 gün qaldı.



Bütün suallarla bağlı Olqa Podqorskaya (project@vrk.org.ua) və Alyona Babkoya (contest@vrk.org.ua) müraciət edə bilərsiniz.