1886-cı ildən bazarda fəaliyyət göstərən Johnson & Johnson şirkəti məhkəmə iddiaları səbəbindən istehlakçılar arasında öz etibarını və imicini itirməyə başlayıb. Belə ki, ABŞ məhkəməsi şirkəti, bu şirkətin məhsullarından istifadə edərək xərçəng xəstəliyinə tutulduğunu iddia edən qadına 55 milyon dollar təzminat ödəmək barədə qərar çıxarıb.



Qeyd edək ki, Johnson & Johnson şirkətinə qarşı iddianı Qloriya Ristesand adlı bir qadın qaldırıb. Qadının dediklərinə görə uzun illər yalnız bu şirkətin məhsullarınadan istifadə etmişdir. Bir müddət əvvəl xərçəng xəstəliyinə tutulmuş və cərrahi əməliyyat keçirmişdir. Qadın xəstəliyin səbəbini Johnson & Johnson şirkətininin gigyena məhsullarından istifadə etdiyinə görə əmələ gəldiyini iddia edir. Məhkəmə iddiaçının xeyrinə başa çatıb. İndi şirkət zərərçəkənə 55 mln dollar məbəğində pul ödəməlidir.



Qeyd edək ki, daha öncə həmin məhkəmə, Johnson & Johnson şirkətini xərçəng xəstəliyindən dünyasını dəyişmiş bir qadının ailəsinə 72 mln dollar təzminat ödəməsi barədə qərar çıxarmışdır. Hər iki halda, zərərçəkmişlər şirkəti, talk əsasında hazırlanmış kosmetik məhsulların xərçəngin inkişafı mümkünlüyü barədə istehlakçıları xəbərdar etmədiyi üçün günahlandırdı.