Hər şeyin digitallaşdığı bir dövrdə “McDonalds”ın marketoloqları TBWA / Neboko agentliyi ilə birgə, smartfonların köməyilə portativ səsyazma studiyasına çevrilə bilən, üzərinə yüksək texnologiyalı döşənək yapışdırılmış məcməyilər hazırladı.



This Page Amsterdam studiyası ilə birgə hazırlanan bu yenilik - McTrax adını alıb.



Əvvəlcədən proqram yüklənmiş telefonu bu məcməyinin üzərinə qoymaqla, musiqi yaratmaq, hətta öz səsini yazmaq mümkündür. Proqrama qoşulma isə bluetooth vasitəsilə həyata keçirilir.





Lakin, McDonalds-ı yenilikçi adlandırmaq olmaz. Belə ki, ötən il KFC şəbəkəsi Almaniyada yemək zamanı ekrana yağlı əllərlə toxunmamaq üçün bluetooth-klaviatura kimi döşənəkdən istifadə etməyi təklif etmişdi.