"Crispin Porter + Bogusky" kreativ aqentliyi yapon avtoistehsalçısı olan "İnfiniti"nin alman avtobrendi "BMW" ilə qarşıdurmasını ata və oğulun münasibətində nümunə olaraq göstərdi. Videoda müxtəlif markalara üstünlük verən iki nəslin – ata və oğulun hekayəti təsvir olunur. Atasının BMW-yə üstünlük verdiyini bilən gənc, BMW deyil İnfiniti-ni seçdiyini atasına bildirir. Eyni zamanda reklamda, BMW köhnə vərdişlərlə yaşayan, yaşlı insanların üstünlük verdiyi avtomobil kimi tamaşaçılara təqdim olunur. Infiniti isə, öz növbəsində, gənc, perspektivli və yeni fikirli insanların avtomobili kimi təqdim olunur.
İnfiniti-nin sürücülərə yönəlmiş ilhamverici strategiyası 2015-ci ilin sonunda qlobal satış rekordlarını qıraraq satışların 16% artmasına kömək etdi. Ümumilikdə, ötən il ərzində şirkət iki yüz mindən çox avtomobil satmağı bacardı. Cari ildə şirkət bu strategiyanı davam etdirmək niyyətindədir.