“Rolls-Royce Dawn” kabrioleti Cənubi Afrikanın Keyptaun şəhərində beynəlxalq debütündə aldığı dünya nüfuzundan 14 gün sonra “Robb Report» jurnalı tərəfindən “İlin dizaynı 2016” mükafatına layiq görülüb.



Dünyanın ən güzəştsiz üstü açıq avtomobil modeli olan “Rolls-Royce Dawn” özünü əsl super-lüks kabriolet avtomobili kimi ifadə edərək artıq dünyanın nüfuzlu avtomobil sənayesinin mütəxəssislərinin etibarını qazana bilib.



“Rolls-Royce Motor Cars” ailəsinin sayca dördüncü ən rəngarəng modeli olan “Dawn” 6,6 litr həcmində V12 mühərriki ilə təchiz olunub və parçadan olan çoxsaylı qatlardan ibarət açılıb-bağlanan dama malikdir ki, bu da onu dünyanın ən səssiz kabrioleti edir. Hər hansı bir “Rolls- Royce” avtomobilindən fərqli olaraq “Dawn” modeli gənc müştərilərin arzularını yerinə yetirərək zərif, incə və iddialı dizayna malikdir ki, bu model daha geniş auditoriyaya müraciət edir.



“Robb Report” jurnalı lüks kateqoriyasına aid olan dünya şöhrətli bir nəşrdir. Britaniya jurnalının ilk çap və onlayn versiyaları "İlin avtomobilləri" mükafatına həsr olunmuşdur.



Erin Beyker, jurnalın avtomobil məqalələri üzrə redaktoru və “Robb Report”un “İlin avtomobilləri” mükafatının hakimi qeyd edib: “Bu mükafatımızla biz son 12 ay ərzində istər xarici, istərsə də daxili görünüşünə görə valehedici dizayna malik olan avtomobillərin istifadəyə verilməsini qeyd edirik. “Rolls-Royce” brendi zaman xaricində olan avtomobil dizaynının yeni versiyasını – “Dawn” kabrioteni təqdim edərək hadisəni təntənəli şəkildə qeyd etdi”.



Qari Metkalf, “Robb Report”un “İlin avtomobilləri” mükafatının hakimi əlavə edib: ”Adı çəkilən avtomobil zərifliyin rəmzidir. Bu model “Rolls-Royce”un təqdim etdiyi şah əsərdir”.



“Rolls-Royce Motor Cars” şirkətinin İdarə Heyətinin sədri Torsten Müller-Otvos bildirib: “Bizim “Dawn” tərzi həm duyğulu, həm də müasirdir, bu avtomobil dəbdəbəni ən kreativ şəkildə ifadə edir. Modelin coşqun və güclü dizaynı avtomobil həvəskarları arasında xüsusən cavanları valeh edəcək. Əsl dəbdəbə jurnalı olan “Robb Report” tərəfindən seçilmək bizim üçün böyük qələbədir və möhtəşəm modelin yaradılması və hazırlanmasında iştirak etmiş bütün komanda üçün şərəfdir”.