Alman avtomobil istehsalçısı Mercedes-Benz hidrogen yanacaqla çalışan elektrik avtomobilləri subbrend kimi ayırmağı planlaşdırır. Beləliklə şirkət BMW-nin istehsal etdiyi i model avtomobillərlə rəqabət aparmaq niyyətindədir.



Mercedes-Benz Cars-ın satış və marketinq şöbəsinin rəhbərinin sözlərinə görə, cari ilin sonunadək Mercedes-Benz-in model sırasında üç elektrokar – B sinif avtomobil və iki smart modifikasiya buraxılacaq. 2017-ci ilin sonunda şirkət, yeni nəsil yanacaq elementləri ilə təchiz olunmuş GLC platforma model avtomobilini təqdim etmək niyyətindədir.



Mercedes-Benz-in idarə heyəti hesab edir ki, yeni subbrend, yüksək texnologiyalı hibrid və aşağı yanacaq istehlakı ilə elektrik nəqliyyat vasitələrinin istehsalı üçün yaradılmış BMW i avtomobilləri ilə layiqli rəqabət apara biləcək.



2010 ilin sonunda BMW i1, i2, i3, i4, i5, i6, i7, i8 və i9 üçün marka adlarını qeydiyyata almışdı. Onların bir hissəsi hələ də istehsal olunmamışdı. Rəsmi olaraq BMW i3 2013 ildə təqdim olunmuşdur. Həmin il “BMW” həm də BMW i8 hibrid idman avtomobilini təqdim etmişdir.