Beynəlxalq ödəniş sistemi olan “MasterCard” Avropada sosial şəbəkələrdə futbol azarkeşlərinin davranışını təhlil etmək üçün 5000-dən çox futbol azarkeşi arasında sorğu keçirib.
Hazırda avropalı azarkeşlərin diqqəti mayın 28-də Milanda keçiriləcək UEFA Çempionlar Liqasının finalında qarşılaşacaq Madridin “Real” və “Atletiko” komandalarına yönəlib. “MasterCard” isə bütün avropalı futbol azarkeşlərin sosial şəbəkələrdə davranışına həsr olunmuş apardığı yeni araşdırmanın nəticələrini təqdim edib.
Tədqiqatın nəticələrinə əsasən, ispaniyalı azarkeşlər sosial şəbəkələrdə an fəal şəkildə sevdiyi komandaya dəstək olurlar. Belə ki, azarkeşlərin təxminən ¼ hissəsi (24%) televizorda futbol matçını seyr etdikləri zaman sosial şəbəkələrdə 4 və daha çox paylaşım edir, bu isə italyan azarkeşlərdən (15%) təxminən iki dəfə çoxdur. İngilis futbol azarkeşlərinin yalnız1/3 hissəsi futbol matçı zamanı paylaşım edir, halbuki türk azarkeşləri arasında bu göstərici 84% təşkil edir.
UEFA Çempionlar Liqasının rəsmi sponsoru və ödəniş sistemi olan, həmçinin Oyunçuların Talismanlarının rəsmi tədarükçüsü qismində çıxış edən “MasterCard”ın “The Social Fanalytics Report” tədqiqatına əsasən, futbol azarkeşlərinin böyük hissəsi (69%) hesab edir ki, futbol oyunçuları ilə sosial şəbəkələrdə ünsiyyət imkanı oyuna müsbət təsir göstərir. Daha çox türkiyəli (97%) və ispaniyalı (86%) azarkeşlər bu mövqeni dəstəkləyir, lakin Avropanın fərqli məkanlarında bu mövzu üzrə fikirayrılığı mövcuddur. Belə ki, britaniyalı futbol azarkeşlərinin yalnız 50%-i futbolçuların sosial şəbəkələrdə hesab açmalarının tərəfdaşıdır.
“Facebook” (63%) futbol azarkeşləri arasında ən populyar sosial şəbəkə hesab olunur, ən yüksək göstəricilər isə 45-54 yaş qrupuna aiddir. Qeyd olunan şəbəkə ən böyük populyarlığı İtaliya (81 %), Rumıniya (78%) və Portuqaliyada (77%) qazanıb.
Sosial şəbəkələrdən istifadə səbəblərinə gəldikdə isə məlum olub ki, futbol həvəskarlarının 64%-i bütün yeniliklərdən xəbərdar olmağı ən vacib məsələ hesab edir.Bu, 25-35 yaş qrupunda daha çox verilən cavabdır. Türkiyəli azarkeşlərin məlum futbol sevgisi sosial şəbəkələrdə öz əksini tapır. Belə ki, onlar (71%) sosial şəbəkələrdə qələbəni ingilis (29%) azarkeşlərdən iki dəfə çox qeyd edir.
Sosial şəbəkələrdə ən sadiq azarkeşlər almanlardır: onların yalnız 4%-i dəstəkləmədiyi klubların səhifələrini izləyir.
Tədqiqatın digər nəticələri:
- İspaniyalı futbol azarkeşlər stadionlarda futbol izlədikləri zaman sosial şəbəkələrdə ən fəaldırlar: onlar oyun ərzində orta hesabla iki paylaşım edir. Bu göstərici isə ortalama Avropa göstəricisindən iki dəfə çoxdur.
- Ukraynalı azarkeşlər Avropanın ən pozitiv azarkeşləridir, türk və ingilis azarkeşləri isə ən tənqidçi yanaşmaya sahibdirlər.
- “YouTube” – ikinci ən populyar sosial platformadır və ukraynalı (32%) azarkeşlər arasında ən geniş yayılmış şəbəkədir.
- İspan (23%) və türk (27%) futbol azarkeşləri “Twitter” şəbəkəsində ən fəaldırlar, bu isə britaniyalı azarkeşlərdən 10% çoxdur.
- İtalyan (42%) və ispan (47%) azarkeşləri canlı yayım zamanı şərhləri izləməyə üstünlük verir, amma rus, rumın (63%) və çexlər (61%) sosial şəbəkələri digər azarkeşlərlə ünsiyyət üçün istifadə edir (68%).
- Kişilər qadınlara nisbətən dəstəkləmədiyi komandaların səhifəsiniiki dəfə çox izləyir.
“Social Fanalytics Report” tədqiqatı aşkar edib ki, azarkeşlər üçün ünsiyyətdə olmaq xeyli vacibdir. Belə ki, onların 69%-i stadionların Wi-Fi-la təmin olunmasını arzulayır. Daha tez-tez italyan (79%) və portuqal (70%) azarkeşlər Wi-Fi üçün stadionlarda lazımi avadanlığın qurulmasının tərəfdaşıdır. Alman (39%) azarkeşləri isə bu məsələyə bir o qədər də önəm vermir.
Təmassız ödənişə tələbat Avropada getdikcə artır: futbol azarkeşlərinin 31%-i stadionlarda lazımi texnologiyanın quraşdırılmasını azrulayır. Türkiyədə futbol azarkeşlərinin yarısından çoxu (54%) təmassız ödənişi tərcih edir. Rumıniya (54%) və Çexiyada (44%) isə azarkeşlər stadiona keçmək üçün təmassız biletlərə üstünlük verirlər.
İtaliya milli yığma komandası və “Yuventus” futbol klubunun qapıçısı, UEFA Çempionlar Liqasında “MasterCard”ın səfiri olan Canluici Buffon bildirib: “Mən 20 il ərzində futbol oynamaq həzzini yaşamışam və qeyd edə bilərəm ki, sosial medianın oyuna göstərdiyi təsir həddən artıq böyükdür. Onun sayəsində azarkeşlər sevdikləri oyuna özlərini daha yaxın hiss edir, oyunçular isə azarkeşlərlə şəxsi ünsiyyət qurmağa imkan qazanır”.
“Sosial və rəqəmsal media sevdiklərimizi izləmə, sevincimizi paylaşaraq qeydetmə yollarını dəyişməyə davam edir. Texnologiyaların həyatımızdakı rolunun əhəmiyyətli şəkildə artdığı bir vaxtda ünsiyyət və müzakirələrin rəqəmsal aləmdə baş verməsi təbii bir haldır. “The Social Fanalytics Report” hesabatına əsasən, istifadə olunan sosial media kanalları fərqlidir, lakin əsas məsələ sosial ünsiyyətin qurulmasıdır. Futbol kimi sosial media da ölkələrarası maneələri aradan qaldırır və azarkeşləri bir araya gətirərək hisslərini paylaşmağa imkan yaradır”, - deyə “MasterCard”ın beynəlxalq bazarlar üzrə prezidenti Ann Keirns bildirib.
“Social Fanalytics Report” tədqiqatı “MasterCard”ın sifarişi ilə “Mortar” şirkəti tərəfindən həyata keçirilib. Bu araşdırmada İngiltərə, Almaniya, İspaniya, Fransa, Hollandiya, İtaliya, Türkiyə, Rusiya, İsveç, Portuqaliya, Yunanıstan, Ukrayna, Rumıniya, İsrail, Çexiya və Polşa daxil olmaqla 5000-dən çox respondent iştirak edib.