Tenis raketi istehsalçısı Head və su istehsalçısı Evian Rusiyalı tenisçi Mariya Şarapova ilə müqaviləni uzatmaq qərarına gəliblər. Şirkətlərin qərarı Beynəlxalq Tennis Federasiyasının idmançını dopinqə görə oyunlardan 2 il müddətində kənarlaşdırılması xəbərindən sonra verilib.
“Bizə təqdim olunan faktları və vəziyyəti nəzərə alaraq, biz hesab edirik ki, bu səhv qərardır. Head Şarapovanı dəstəkləməyə davam edəcək”- deyə Head-in rəhbəri Yoxan Eliaş bildirib. Evian nümayəndələri əlavə edib ki, “çempionla uzunmüddətli əlaqələri saxlamaq niyyətindədirlər.”
ITF ərəfəsində Maria Şarapovanın dopinqə görə iki illiyə diskvalifikasiya olunduğu açıqlandı. Diskvalifikasiya müddəti 26 yanvar 2016 il tarixindən hesablanır. Məhz bu gün idmançıdan müsbət dopinq nümunəsi götürülmüşdür.
Maria Şarapova cari ilin mart ayında təcili mətbuat konfransı çağırıb müsbət dopinq testi barədə açıqlama verdi. Onun nümunəsində2016 il yanvarın 1-dən qadağan olunmuş maddələrin siyahısına daxil edilmiş meldonium aşkar edilmişdir.
Bir neçə gün əvvəl Nike Şarapova ilə partnyorluğu davam etdirmək qərarını bildirmişdir. Brend idmançının “qaydaları bilmədən pozduğunu” bildirib.