Sərinləşdirici içki istehsalçısı olan Coca-Cola marketinq sahəsində innovasiya texnologiyasından istifadə etməyə başladı. Yeni startap şirkətə istehlakçının hansı brendi və hansı miqdarda əldə etdiyi haqqında informasiyanı öyrənməyə imkan yaradacaq.



Weissbeerger startapının müəllifləri İsrail yaradıcılarıdır. Onlar əvvəlcə pivəçilərin ehtiyaclarına yönəlmiş xidmətlərini ilk dəfə 2011-ci ildə təqdim etmişlər. Onlar real vaxt rejimində barların satışına nəzarət etmək və pivə həvəskarlarının üstünlükləri haqqında məlumat almağı təklif etmişdir. İş prinsipi haqqında məlumat verilməyən xüsusi sensorlar satılan məhsulun miqdarını təyin edir. Sensorlar informasiyanı birbaşa satış nöqtələrində yerləşdirilmiş xüsusi qurğuya ötürür ki, o da öz növbəsində real vaxt rejimində informasiyanı istifadəçinin qurğu servisinə ötürür.



Xidmət pivəçilər tərəfindən qiymətləndirildikdən sonra, FMCG kateqoriyalardan olan digər istehsalçıların diqqətini çəkdi. Belə ki, sərinləşdirici içkilərin dünyada ən böyük istehsalçısı - Coca-Cola – ABŞ-ın Hardee’s və Carl’s Jr. kimi restoranlarında proqramı test etməyə başladı.



Bunun üçün kiçik ölçülü simsiz cihaz içki aparatlarının arxa hissəsinə yerləşdirilir. O istehlakçının bu və ya digər brendin içkisindən istifadə həcmi və digər informasiya haqqında məlumat toplayır ki, bu da istehlakçı seçimlərini təhlil etməyə imkan verir.



İstehsalçının Weissbeerger startapının göstəricilərindən müxtəlif brendlərin marketinq strategiyalarını qurmağa istifadə edəcəyi gözlənilir. Startapın digər üstünlüklərindən biri də pərakəndə satış üçün məhsul tədarükünün ideal həcmini müəyyən etmək imkanıdır.